1845-ci ildə İngiltərədən Şimal-Qərb keçidini tapmaq üçün yola çıxan və ekspedisiya zamanı itən HMS Erebus və HMS Terror gəmisinin qalıqları tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Arktika qurşağında batan 180 illik gəmidə mühüm əsərlər aşkarlanıb.

 "Parks Canada" nın sualtı qrupu gəminin qalıqları arasından bir sıra qiymətli əşyalar da tapıb. Bu əşyalara silahlardan tutmuş möhürlənmiş dərman şüşələrinə, tilovdan dəri cildli kitab örtüyünə qədər müxtəlif eksponatlar daxildir.

Zərifə Nağıyeva