Cənubi Asiya ölkəsi Maldiv adalarında parlamentdə deputatlar arasında dava çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni prezidenti seçilən Mohamed Muizzunun təyin etdiyi 4 nazirə etiraz edən müxalifət nümayəndələri parlamentdə qarışıqlıq yaradıb.

Müxalifətdən olan deputatlar TBMM sədrinin çıxışını zurna çalmaqla yarımçıq kəsib və hakim partiya üzvlərinə hücum ediblər. Maraqlısı budur ki,  yumruq davası zamanı deputatlar bir-birinin saçlarını da dartıb. 

Ana müxalifət partiyası MDP prezident Muizzuya qarşı etimad səsverməsi keçirəcəyini açıqlayıb. Hakim PPM partiyasının sözçüsü isə müxalifətə “Əvvəlcə bizi öldürsünlər” deyərək reaksiya verib.

Gülayə Mecid