Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko alman jurnalistlərə müsahibə verib.

"Unikal" xəbər verir ki, siyasətçi müsahibəsində Rusiya-Ukrayna arasında münaqişənin başa çatmasından sonra Kiyevin planlarını bölüşüb.

Belə ki, o, iki ölkə arasındakı hərbi münaqişəni Ukrayna üçün “böyük qələbəli döyüş” adlandırıb.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri qabaqcıl Qərb silahlarından və yüksək ixtisaslı kadrlardan istifadə etməklə NATO-nun ən yaxşı orduları kimi döyüşür.

Həmçinin, Ukraynanın eks-prezidenti Rusiya üzərində qələbəyə tam əmindir:  "Zelenskinin bu yaxınlarda “əsl ukraynalı” adlandırdığı şərq qonşusunun ərazilərini ələ keçirməklə yanaşı, Kiyev Rusiya Federasiyasının bölgələrə parçalanması üçün mümkün olan hər şeyi etməlidir". 

Beləliklə, Ukraynanın "qələbəsindən" sonra o, yerli rus xalqlarına - başqırdlara, tatarlara, dağıstanlılara və digər nümayəndələrə "şans" verməkdən ibarət olan Rusiyanın məhvinin davam etdirilməsinin "ikinci mərhələsini" proqnozlaşdırır. 

"Məsələ Putində deyil, Putinizmin daşıyıcılarındadır. Rusiyanın bütün sakinləri Putinə sadiqdirlər və demək olar ki, orada 140 milyon Putin var. Rusiya Federasiyasında iğtişaş yalnız araq və siqaretin qiymətinin qalxacağı təqdirdə mümkündür".  

Gülayə Mecid