İspaniyada Pasxa bayramı üçün hazırlanan rəsmi plakatda Hz.İsa Məsihin şəkli böyük müzakirələrə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, plakat ispanları iki yerə bölüb. Bəziləri Hz.İsanın təsvirini "çox erotik" olduğunu bildirib.
Minlərlə insan posterin dərhal geri götürülməsini tələb edən petisiyaya imza atıb. Bir çox ispan katolikləri İsanın surətinin xristian dəyərlərinə uyğun olmadığını ifadə edib.
Rəsmi çəkən rəssam Salustiano Qarsiya Hz. İsanın təsvirinin katolik sənəti ilə tamamilə uyğun olduğunu bildirərək, "Şəkildə utancverici şeylər görənlər öz içindəki çirkli şeyləri əks etdirirlər" deyib. Qarsiya reaksiyaların mədəniyyətsizlikdən qaynaqlandığını və xristian sənətini bilən insanların bu rəsmin son dərəcə təbii olduğunu anlayacaqlarını qeyd edib.
Sevilyanın mühafizəkar meri Xose Luis Sanz rəsm əsərinin fərqli və cəsarətli olduğunu bildirərək Qarsiyanı dəstəkləyib.
Şəhərdəki LGBT hərəkatının liderləri də rəsm əsərini “təməl atma işi” kimi qiymətləndiriblər. İfrat sağçı katolik təşkilatı "Instituto de Politica Social", şəklin geri götürülməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib.
Gülayə Mecid
No se trata de gustos artísticos, se trata de que el cartel cumpla con el fin para el que está destinado y no es otro que animar a la participación devota de los fieles a la Semana Santa de Sevilla.
— Javier Navarro (@javicasina) January 28, 2024
Es evidente que este cartel buscaba la provocación y el Consejo lo ha permitido pic.twitter.com/DTsKJPBIc4