İsrail hərbçiləri tibb işçisi kimi geyinərək İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın ediblər.
“Unikal” xəbər verir ki, hücum zamanı HƏMAS üzvü olduğu iddia edilən 3 fələstinli həlak olub.
Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında beynəlxalq insan haqları təşkilatlarını İsrailin Fələstinə qarşı cinayətlərinə son qoymağa çağırıb.
Zərifə Nağıyeva