Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postunu tərk etməsini və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin təyin olunmasını gürcü xalqının istehzası adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.
“Kobaxidzenin təyinatı... gürcü xalqının növbəti istehzasıdır”, - Saakaşvili bildirib.
Onun fikrincə, Qaribaşvilinin tutduğu vəzifədən getməsi nəticəsində sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək.
Gülayə Mecid