ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni keçmiş prezident Donald Trampı nüfuzlu Nobel Sülh Mükafatına namizəd göstərib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp prezidentliyi dövründə işlənib hazırlanmış sülh müqavilələrinə görə nüfuzlu mükafata layiqdir. Onlar İsraillə Yaxın Şərq dövlətləri arasında münasibətlərin normallaşmasına və regionda ümumi gərginliyin azaldılmasına istinad edirlər.

Tenniyə görə, müqavilələr tarixi əhəmiyyət kəsb edir.

Ağarza Elçinoğlu