İranın bir sıra şəhərləri dörd siyasi məhbusun edamına etiraz olaraq kütləvi tətil keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mərivan, Saqqez, Sənəndəc, Mahabad, Dehqolan, Bukan, Divandre və s. şəhərlərdə mağazalar və bir sıra obyektlər bağlanıb.
Qeyd edək ki, dünən İranda 4 kürd siyasi məhbus Pejman Fatehi, Mohsen Mazlum, Məhəmməd Fəramərzi və Vəfa Azarbara edam hökmü oxunub.
Ağarza Elçinoğlu