"İordaniyada ABŞ qüvvələrinə edilən hücumların arxasında İran dayanıb"

"Unikal" xəbər verir ki, bunu Pentaqonun sözçüsü Sabrina Sinq deyib: 
"İranın Kətaib Hizbullah kimi proksi qruplaşmaları qurduğunu bilirik, SEPAH tərəfindən dəstəklənən yaraqlıların İraq və Suriyadakı qüvvələrimizə qarşı hücumlara görə məsuliyyət daşıdığını bilirik. 
Bundan əlavə, biz indi sizə deyə bilməyəcəyim bir sıra məlumatların qiymətləndirməsini aparırıq".