"Rusiyanın qələbəsi İranı, Şimali Koreyanı və Çini cəsarətləndirəcək. Bu, Avropanın təhlükəsizliyinə, ABŞ-ın təhlükəsizliyinə təhdiddir. Ona görə də Ukraynanın dəstəyi ABŞ-ın maraqlarına xidmət edir".

"Unikal" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

"Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın döyüş qabiliyyətinin böyük hissəsini məhv etməkdə kömək etdi. Mən prezident Bayden və sizin Ukraynanı dəstəkləmək və buna nail olmaq üçün Konqreslə işləmək barədə açıq öhdəliyi alqışlayıram".

Onun sözlərinə görə, uzunmüddətli, ədalətli sülh üçün tərəfdaşların Ukraynaya daha çox silah verməsi lazımdır:

“Danışıqlar masası ətrafında baş verənlər döyüş meydanındakı vəziyyətlə qırılmaz şəkildə bağlıdır. Beləliklə, əgər biz davamlı, ədalətli sülh istəyiriksə, Ukraynanı daha çox silah və sursatla təmin etməliyik. Ukraynaya silah tədarükü sülhə aparan yoldur”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Onun sözlərinə görə, o, əmindir ki, bütün NATO müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edəcəklər.