Şəmkirdə huşunu itirən kişi qaz sobasının üstünə yıxılaraq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü Əliyev Elcin Əmir oglu yaşadığı evdə ehtiyatsızlıqdan qaz sobasının üstünə yıxılıb. Yanıq xəsarətləri alan kişi hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, mərhum zərərli vərdişlərin aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov