Pakistanın Bəlucistan əyalətində keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) seçki karvanına hücum edilib. Hücum nəticəsində 4 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.

"Unikal" xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində yerləşən Sibidə keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) təşkil etdiyi seçki karvanına bombalı hücum təşkil edilib. Yaralılar ətraf xəstəxanalara çatdırılarkən, hücumun baş verdiyi ərazi mühasirəyə alınıb.

Fevralın 8-də Pakistanda ümumi seçkilər öncəsi həyata keçirilən hücum təhlükəsizlik qüvvələrini təşvişə salsa da, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.