Şəmkir rayonunda fərdi evlərin birində meyit tapılıb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Tapılan meyitin 1967-ci il təvəllüdlü E.Əliyevə məxsus olduğu məlum olub.
Meyit üzərində qismən yanıq xəsarətləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.