Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

“Toyota Prius" və “Volksfagen Passat" markalı avtomobillərin toqquşub, nəticədə "Toyota Prius” yolun kənarındakı səkiyə çırpılıb. Bu zaman arxadan gələn daha bir "Toyota Prius" markalı avtomobil də idaretmədən çıxaraq eynimarkalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.