Avropa Parlamenti Assambleyanın latviyalı üzvü Tatyana Zdanokanın bir neçə il Rusiya agenti kimi işləməsi ilə bağlı məlumatla əlaqədar araşdırmaya başlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola bu iddiaları çox ciddi qəbul edir və Aİ qanunvericilərinin davranış kodeksi ilə məşğul olan parlament komitəsindən məsələyə baxmağı xahiş edir.

Skandinaviya və Baltikyanı xəbər saytları daha əvvəl Zdanokanın ən azı 2004-cü ildən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti olduğunu yazmışdı.