Cənubi Koreyada ABŞ hərbçilərinin F-16 qırıcısı qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təyyarə dənizə düşüb. Pilot xilas edilib və xəsarət almayıb. Hadisə təxminən saat 8:40-da (Bakı vaxtı ilə 03:40) Çolla-Pukto əyalətinin Qunsan şəhəri yaxınlığında baş verib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 41-ci Helikopter Dəniz Hücum Eskadrasına aid MH-60R helikopteri Kaliforniyada San Dieqo yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.