Çinin şərqində quş qripindən insan ölümü qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Xəstəliklərə Nəzarət üzrə Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, H3N2 və H10N5 ştammları ilə yoluxma nəticəsində yaranan fəsadlar nəticəsində Anhuy əyalətinin şərqindəki Xuancheng şəhərindən olan 63 yaşlı qadın ölüb.

Qadın 2023-cü ilin noyabr ayının sonunda xəstəlik əlamətləri göstərməyə başlayıb. O, yerli xəstəxanaya yerləşdirilib, daha sonra ölkənin şərqdəki Zhejiang əyalətindəki tibb müəssisəsinə köçürülüb və orada vəfat edib. 

Gülayə Mecid