Dağıstanda 62 yaşlı ata 36 yaşlı oğlunu oyatmaq istəyərkən ehtiyatsızlıqdan ona atəş açıb.

"Unikal" xəbər verir ki, bu barədə "Mash Gor Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, kişi oğlunu oyatmaq üçün onun otağına ov tüfəngi ilə girib və atəş açıb. Ehtiyatsızlıqdan güllə oğulun bud nahiyəsində dəyib. Bunu görən ata oğlunu xəstəxanaya çatdırıb. 36 yaşlı kişinin vəziyyətinin yaxşı olduğu bildirilir. 

Gülayə Mecid