Sosial mediada yayımladığı videolarla fenomenə çevrilən 30 yaşlı bodibilder Debora Mişel dəhşətli qətlin qurbanı olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 10 illik əri Aleksandr Günş tərəfindən öldürülən qadının meyiti  valideynlərinin evinin qarşısında tapılıb. 

Belə ki, cütlük arasında mübahisə dava ilə nəticələnib. Bu zaman kişi arvadının boynundan tutaraq yerə atıb, qadın huşunu itirib. Aleksandr həyat yoldaşını xəstəxanaya apararkən öldüyünü biləndə meyitdən qurtulmaq qərarına gəlib.  

Mişelsin cansız bədəni valideynlərinin evinin qarşısında ədyala bükülmüş vəziyyətdə tapılıb. Polis təhlükəsizlik kameralarına əsasən, qətldə şübhəli bilinən  Aleksandr Günşü saxlayıb.