Rusiyanın Vladimir vilayətinin Muromtsevo qəsəbəsində ayaqqabı anbarında yanğın olub.

"Unikal" Rusiya istinadən xəbər verir ki, yanğın təqribən 2,5 min kvadrat metr ərazini əhatə edir. Yanğının söndürülməsi üçün hadisə yerinə 55 yanğınsöndürən və 27 ədəd texnika cəlb olunub. Anbarda çox sayda tez alışa bilən materialların olması yanğının söndürülməsini çətinləşdirir.

Xəsarət alanlar barəsində məlumat daxil olmayıb.