İstanbulda Ukraynanın Yenidənqurulması Forumu keçiriləcək və bu forumda Ukrayna heyəti də iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Forumdan əvvəl bir sıra ikitərəfli görüşlər keçiriləcək. O cümlədən, Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Oleksandr Kubrakov Türkiyənin ticarət naziri Ömər Bolat və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşəcək.