Suriya ərazisində Türkiyə silahlı qüvvələrinin bölmələrinə atəş açan 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, təxribat hücumları Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə baş verib.