İran fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əlireza Bigdeli IRNA-ya müsahibəsində deyib. 

“Xarici İşlər Nazirliyi Nazirlər Kabinetinin 28 ölkə üçün viza rejiminin ləğvi ilə bağlı təsdiq etdiyi fərmanla bağlı aidiyyəti qurumları məlumatlandırıb”.

Onun sözlərinə görə, buna əsaslanaraq, İrana turizm məqsədilə səfər edən bu 28 ölkənin vətəndaşlarının 2024-cü il fevralın 4-dən etibarən vizaya ehtiyacı olmayacaq.