Yanvarın 29-da bu vəzifəyə təyin edilmiş Moldova Xarici İşlər Nazirliyinin yeni rəhbəri Mixay Popsoi Rusiyanın "qara siyahı"ndadır.

"Unikal" xəbər verir ki, bu barədə "NewsMaker" portalı məlumat yayıb. 

Popsoi xatırladıb ki, o, 2023-cü ilin yayında “Hərəkət və Həmrəylik” partiyasından Moldova parlamentinin deputatı olarkən “qara siyahı”ya salınıb. Onun sözlərinə görə, Kremlin və Rusiya Xarici İşlər Nazirliyinin onun xarici siyasət idarəsinin rəhbəri təyin edilməsinə necə reaksiya verəcəyini görmək “maraqlı olacaq”.