Rusiya fövqəladə hallar xidmətlərinin bildirdiyinə görə, göyərtəsində Ukrayna əsirləri olan İl-76 təyyarəsi Qərb tipli zenit-raket kompleksindən raketlə vurulub.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

“Təyyarədə aşkar edilən dağıdıcı elementlərin ilkin müayinəsi raketin Qərb istehsalı olan hava hücumundan müdafiə sisteminə aid olduğunu göstərir”, - agentliyin mənbəsi izah edib.

Xatırladaq ki, yanvarın 24-də İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayəti üzərində səmada vurulub. Təyyarədə 65 ukraynalı hərbi əsir olub, onları Rusiya Silahlı Qüvvələrinin üç zabiti və altı ekipaj üzvü müşayiət edib. Hadisə nəticəsində  bütün heyət həyatını itirib. 

Gülayə Mecid