Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, nazir müavininin İqtisadiyyat Nazirliyindəki ofisində axtarış aparılıb, onun əşyaları götürülüb.

İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları İdarəsinin rəisi də həbs edilib.

Qeyd edək ki, həbslər Ani İspiryanın tutduğu vəzifədən azad edilməsindən sonra baş verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb. 

Ağarza Elçinoğlu