Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə qəza magistralın 60-cı kilometrində qeydə alınıb.  Belə ki, 1943-cü il təvəlludlü, piyada Eldar Pirəliyev yolu keçmək istəyərkən onu “Mercedes” markalı yük avtomobili vurub.

Yaşlı kişi hadisə yerində ölüb.

Xanlar Qaraca