Prezident seçkilərini işıqlandırmaq üçün 63 beynəlxalq media qurumu, 119 xarici jurnalist qeydiyyatdan keçib.

"Unikal" “secki-2024.az” saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Növbədənkənar prezident seçkilərinə xarici medianın marağının böyük olduğunu diqqətə çatdıran MSK sədri deyib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumundan 119 əməkdaş seçki prosesinin işıqlandırılması üçün müraciət edib.