Gəncədə yol qəzası olub.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Göz xəstəxanasının yaxınlığında baş verib. Hərəkətdə olan "Niva" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq yol kənarındakı işiq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da minik maşınına və işıq təsərrufatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov