Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə yanğın baş verib.
"Unikal" xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Kamran Əsədullayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsinin əməkdaşları və texnikası cəlb edilsə də, ev tamamilə yanaraq kül olub.
Məlumata görə, ev sahibləri evdə olmadığından yanğından gec xəbər tutublar. Sözügedən dağlıq kənd Cəlilabadın mərkəzindən 24 kilometr uzaqlıqda yerləşir. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.