Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi bu gün başa çatır.
"Unikal" xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.