Mingəçevir şəhərində yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumata görə, Mingəçevir şəhəri, D. Əliyeva küçəsində yerləşən, hazırda istifadə olunmayan tikilidə baş vermiş yanğın FHN-in yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.

***14:22

Mingəçevirdə keçmiş Tədris İstehsalat Kombinatının binası yanır.

"Unikal"ın məlumatına görə, Dilarə Əliyeva küçəsində yerləşən tikili hazırda istifadə olunmur və istifadəyə yararsızdır. Bu səbəbdən də onun qəsdən yandırıldığı ehrimal olunur. Yanğının söndürülməsi üçün əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğınsöndürənlər yanğını söndürərək ətrafdakı fərdi yaşayış evlərinə keçməməsinə çalışır.

Ehtiram Muradov