Mingəçevirdə minik maşını sərnişin avtobusuna çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə az öncə Energetiklər yaşayış massivi ərazisində, Naxçıvan küçəsində baş verib. "Vaz 2107"   markalı avtomobil hərəkətdə olan 8 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində minik maşınındakılar yüngül xəsarət alıblar. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov