Bu gün Qubadlı rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü ilə bağlı tədbir keçirilib.  

"Unikal" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər 2 Fevral - Azərbaycan Gəncləri günü münasibətilə gəncləri təbrik edərək, Gənclər gününün yaranması haqqında və dövlət gənclər siyasətindən danışıblar.   

Tədbirdə müxtəlif sahələrdə nailiyyətlər əldə etdiyinə və səmərəli fəaliyyətinə görə bir qrup gənclər əlamətdar gün münasibətilə Regional Gənclər və İdman İdarəsinin Fəxri fərmanı ilə təltif edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.