İran "Mossad"a qarşı kütləvi əməliyyat keçirir. Bəyanat İslam İnqilabının qələbəsinin 45-ci ildönümü ərəfəsində verilib.

"Unikal" xəbər verir ki, bəyanatda deyilir ki, İsrail rejiminin "Mossad" casus agentliyinə qarşı həyata keçirilən ən böyük birləşmiş kəşfiyyat və əks-kəşfiyyat əməliyyatında unikal və görünməmiş məlumat toplusu əldə edilib.

Bəyanatda əlavə edilib: Kəşfiyyat və təhlükəsizlik tapıntıları ilə yanaşı, qəsb edən sionist rejimin bəzi ən mühüm gizli hərbi obyektləri, silah zavodları və mülki strateji sənayeləri ilə bağlı xüsusi məlumatların əldə edilməsi də böyük və çoxşaxəli əməliyyatlar silsiləsinin nailiyyətləri sırasındadır. 

Nazirliyin məlumatına görə, əməliyyat zamanı dünyanın 28 ölkəsində, üç qitədə Asiya, Afrika və Avropada irqçi sionist rejimə bağlı onlarla casus və terrorçu ünsür müəyyən edilib.

Tehran və İranın bir sıra əyalətlərində də casusların sayının müəyyən edildiyini deyən nazirlik xaricdə yaşayan bir neçə iranlı casusun da müəyyən edildiyini bildirib.

O əlavə edib ki, İran daxilində bəzi terror əməliyyatlarında iştirak edən "Mossad"a bağlı bir neçə cinayətkar da müəyyən edilərək həbs edilib.