Dünya şöhrətli müğənni Selin Dion sərt insan sindromu diaqnozu qoyulduqdan sonra yenidən pərəstişkarları qarşısında çıxış edə bilmək üçün hər şeyi edib.

"Unikal" xəbər verir ki, bu barədə müğənni haqqında çəkilən yeni sənədli filmin anonsunda deyilir. Bu, dünya şöhrətli müğənninin həyatını təqdim edən, xəstəliyinin də müzakirə olunacağı əhatəli film olacaq. Çəkilişlər bir il davam edib.

Qeyd edək ki, müğənni xəstəliyini açıqlayıb və 23, 24-ə planlaşdırılan bütün konsert və qastrol səfərlərini ləğv edib. O, həmçinin İnstaqram səhifəsində yazıb ki, məhz bu xəstəlik onun orqanizmində hər cür qıcolmalara səbəb olur və hazırda mütəxəssislər bu unikal xəstəliyi öyrənirlər. Müğənninin yeriməkdə problemləri olduğu və hətta xəstəliyin onun səs tellərinə təsir etdiyi məlum olub.