Goranboy sakini dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Alırzalı kəndində baş verib. 1981 -ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Əli oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Zəhərlənən kişi xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov