İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb.

"Tofaş" markalı avtomobil idarəetməni itirərək "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli