Rusiya işğalçıdır, o müharibə aparır, azad dünya isə Kiyevə kömək etməlidir.

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda "X" sosial şəbəkəsində yazıb.

“Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzü ilə bağlı mənim hərəkətlərim və mövqeyim ilk gündən aydın idi və bəllidir: Rusiya beynəlxalq hüququ pozur, təcavüzkar və işğalçıdır. Rusiyanın Ukraynaya hücumu və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, o cümlədən Krımı işğal etməsi cinayətdir. Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz. Rusiya imperializmi dayandırılmalı, məğlub edilməli və gələcək üçün bloklanmalıdır”, - Duda vurğulayıb.