Şərur rayonunda evdə kişi meyiti aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yengicə kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Bağırov Sadiq Rza oğlu yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.

Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma başladılıb.