Bakcelə ağır suçlama
21:25 02-05-2013
İQTİSADİYYAT
Bakcelə ağır suçlama
Mobil operatorun 888 xidməti əxlaqsızlıq yayır?
"888-ə sms göndər, öz yarını tap!" Bakcell mobil operatorunun abunəçilərinə göndərdiyi mesajın mətni belədir. Mobil operatordakı 888 xidməti çat-tanışlıq üçün nəzərdə tutulub (olaylar.az).
"Bakcell" ən azı gündə 3-4 dəfə insanlara vaxtından-günün saatından asılı olmayaraq mesaj göndərir. Az qala operator insanları həmin mesaj qarşılığında cavab yazmağa sürükləyir ki, bu da sonda həmin abunəçilərin telefonunun balansından çoxlu sayda pulun çıxması ilə nəticələnir. 888-ə yazılan hər sms-in qiyməti 95 qəpikdir.
Məsələ ilə bağlı Bakcell müştəri xidmətlərinin mobil operatoru ilə əlaqə saxladıq, o bildirdi ki, 888 ximətindən çat-tanışlıq üçün istifadə edərkən nömrələr gizli saxlanılır və tanışlıqlar realdır. Operator onu da qeyd etdi ki, 888 xidmətindən yalnız görüş üçün istifadə etmək olar, qısa nömrəyə istənilən sözü yaz göndər, mütləq şəkildə mesajına cavab gələcək. Ən pis hal odur ki, "Bakcell" tanışlıq üçün bildiriş mesajını cəmiyyətin bütün üzvlərinə ünvanlayır. Yəni ki, onların içərisində evli, yetkinlik yaşına çatmayan, qoca, azyaşlı, dindar və s. kateqoriyaya daxil olan insanlar var. Mobil operatorun bu xidməti istər İslam, istərsə də Azərbaycan dəyərlərindən qat-qat uzaqdır. "Bakcell"in insanların nəzərində xoşgörüş üçün nəzərdə tutduğu 888 xidməti seks və erotik münasibətlərin reklam olunmasıdır. Bu amillər isə cəmiyyətin bütün üzvlərini pozğunluğa çəkir. "Bakcell" və digər mobil operatorların ("Azercell", "Nar") bu tip xidmətləri Azərbaycan cəmiyyətində ailədaxili münasibətlərin korlanmasına səbəb ola bilər. Çünki, cəmiyyəti təşkil edən fərdlərin hamısı eyni təfəkkürə sahib deyil. Bu cür xidmətlərə müasirliyin göstəricisi kimi yanaşıb istifadə edən dar düşüncəli insanlar da var, bunun yalnız maddi maraqlar üçün edildiyini bilən insanlar da.
Nəzərə alsaq ki, bu cür xidmətlərdən istifadəyə həvəslilərin böyük əksəriyyətini gənclər və yetkinlik yaşına çatmayan insanlar təşkil edir, vəziyyətin daha təhlükəli xarakterə sahib olması göz önünə sərilir. Çünki, yetkinlik yaşında olmayan insanlar yaşlarının bu dövründə bədənlərini intim münasibətlər üçün hazırlaşdırırlar.
Xüsusən də Azərbaycan mental dəyərləri çərçivəsində qızlara qoyulan qadağalar onları bu cür yollara sürükləyə bilər. Bu isə cəmiyyətdə əxlaqsızlığın genişlənməsinə rəvac verəcək. İnsanların böyük əksəriyyəti "Bakcell"in bu xidmətinin nəyə hesablandığından xəbərdar olsalar da müəyyən hissəsi ümumiyyətlə məlumata malik deyil. Çünki, həqiqətdə bu cür xidmətlər heç bir reallığı əks etdirmir. Yəni ki, yazılan hər sms-ə 95 qəpik çıxır, əksər hallarda göndərilən mesajlar qarşılığında nömrəyə hesabat gəlir ki, ya telefon parametrlərə cavab vermir, ya da ki, abunəçidən növbəti əməliyyat üçün addım istəyir. Fakt tam şəkildə onu göstərir ki, "Bakcell"in 888 xidməti öz abunəçilərinin nömrə balansından pul çəkmək kompaniyasıdır. Konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə istinad etsək "Bakcell"in 888 xidmətində cinayət xarakterli (xuliqanlıq) əməllər var. Məsələnin digər pis tərəfi isə ondan ibarətdir ki, xidmətdən imtina etmək üçün "Stop" sözünü yazıb 888-ə göndərmək də 95 qəpiyə başa gəlir. Yəni ki, 888 insanlar üçün zərərli impulslarla zəngindir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00