Qazaxıstanlı bəstəkar Yuliya Lebedeva rusiyalı aktrisa Natalya Varleyi məhkəmə ilə hədələyib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın xalq artistinin Lebedovaya mahnılara görə 200 min rubl (təxminən 3 720 AZN) borcu olmasıdır.
Bəstəkar bildirib ki, bir il əvvəl “Qafqaz əsiri” filminin ulduzu Natalya Varleyinin yubileyi üçün beş mahnı yazıb. Xalq artisti iki bəstə seçib və onları cəmi bir dəfə ifa edəcəyini bildirib. Bunun müqabilində aktrisa Moskvaya gediş-gəliş və hoteldə qalma xərclərini ödəyəcəyini vəd edərək, Lebedevanı konsertinə dəvət edib. Lakin Varley xəstələnib və konserti baş tutmayıb. Nəticədə bəstəkar pulunu ala bilməyib.
Lebedova bildirib ki, o, bir neçə dəfə Varleylə danışıqlar masasında oturmağa çalışıb.
Xatırladaq ki, aktrisa komsomolçu Nina rolunu oynadığı "Qafqaz əsiri və ya Şurikin yeni sərgüzəştləri" (1966) filmi ilə şöhrəti qazanıb.
Gülayə Mecid