Mart ayının 13-də Ali Məhkəmədə Abışov Vüqar Dilavər oğlunun kassasiya şikayətinə baxılacaq.
“Unikal”ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə həbs edilən V.Abışovun məhkəmə prosesi hakim Əziz Seyidovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, dəfələrlə məhkum olunan Vüqar Abışov 7 (yeddi) il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Vüqar Abışov “El-Plastik” Məhdud Məsuliyyətli Cəmiyyəti təsisçisi Hacı Gülağa Abışovun qardaşıdır.
Seymur Əli