Müğənni Taylor Svift "Qremmi" mükafatlandırma gecəsində sərt əzələ sindromundan əziyyət çəkən dünyaca məşhur kanadalı müğənni Selin Diona etinasız yanaşdığına görə sosal şəbəkələrdə qınaq obyektinə çevrilib.
"Unikal" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Selin Dion Teylor Sviftə "İlin Albomu" mükafatı ilə bağlı heykəlcik hədiyyə edib. Mərasimdən çəkilən videoda Sviftin Diona baxmadan heykəlciyi götürdüyü, onun təbriklərinə məhəl qoymadan tamaşaçıları salamlamaq üçün səhnənin önünə getdiyi görünür.
Tənqidlərdən sonra internetdə Teylor Sviftin "Qremmi"nin səhnə arxasında Selin Dionu qucaqladığını əks etdirən fotolar yayılıb.