Malatya valiliyi rəsmi mərasimlər istisna olmaqla, 6 Fevral Kahramanmaraş mərkəzli zəlzələ faciəsində həyatını itirənlər üçün mümkün olan bütün tədbirlər və hərəkətlərin 3 gün müddətinə qadağan edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, valilikdən edilən yazılı açıqlamada, 6 Fevralda Kahramanmaraş mərkəzli zəlzələ faciəsinin ildönümündə Valiliyin icazəsi olmadan keçiriləcək hər cür tədbirlərin 3 gün müddətinə qadağan edildiyi bildirilib.