Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Kiyevə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Borrel Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında bildirib.

Bununla belə, Borrel səfərin dəqiq tarixini açıqlamayıb.

Mətbuat konfransı zamanı Borrel Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi hazırlandığını bildirib.

Qeyd edib ki, bu paket bir çox fiziki şəxsləri, qurumları, eləcə də Rusiyanın sanksiyalardan yan keçməsində iştirak edən müxtəlif ölkələrdən olan şirkətləri əhatə edəcək.