"2026-cı il seçkiləri ərəfəsində hökumət daxilində mübarizə gedir, parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bəziləri özlərini Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın əvəzedicisi kimi təqdim etməyə başlayıblar". 

"Unikal" xəbər verir ki,  bu barədə ölkənin "Joxovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 

"Onlar bu tamaşalara o qədər ciddi yanaşırlar ki, pərdə arxasında bir-birlərinə çamur atmağa başlayıblar. Simonyan uzun müddət Paşinyanın gözündə Qriqoryanın rolunu aşağılamağa çalışıb.  Armen Qriqoryan isə öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Synergy” şirkətinin tenderlərində iştirak edən Simonyan ailəsinin izinə düşməsini təmin edib”, - nəşr qeyd edir.

Gülayə Mecid