SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM)  Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev (elmi rəhbər) və baş müəllim, doktorant Aidə Aslanova “Mikroçatlarda mayelərin hərəkətinin elektrokinetik tənzimlənməsi” mövzusunda elmi-tədqiqat işi aparıblar. 

"Unikal" xəbər verir ki, bu elmi iş üzrə əldə olunan nəticələr Estoniyanın “Scopus” bazasında indeksləşdirilmiş yüksək reytinqə malik “EUREKA: Physics and Engineering” jurnalının 2024-cü il üzrə ilk nömrəsində dərc olunub.

Elmi-tədqiqat işinin nəticələri jurnalda “A rheophysical study of the non-newtonian behavior of water flow in thin channels” (“Mikroçatlarda su axınının qeyri-Nyuton xarakterinin reofizik analizi”) adlı məqalə ilə çap olunub.