Ukraynada onlayn nikah bağlamaq mümkün ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat yayıb. 

“Yaxın gələcəkdə onlayn nikah qurmağı planlaşdırırıq. Sadəcə olaraq video vasitəsilə evlənmək mümkün olacaq”, - deyə Fedorov qeyd edib. 

Onun sözlərinə görə, bu, ukraynalı hərbçilərə məsafədən evlənməyə imkan verəcək.

Gülayə Mecid