Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN Universiteti) və Rusiya Dövlət Universitetində (RDU) karantin elan edilib. 

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  buna səbəb hər iki ali təhsil ocağında qızılcaya yoluxma halının qeydə alınmasıdır. 

"Əksər tələbə və müəllimlərin peyvəndləri olmadığı üçün belə tədbirlər görülməli olub. Hazırda bu qurumlar məzuniyyətdədir, lakin onlar başa çatdıqdan sonra ən azı fevralın 8-dək distant formatda keçirilməsi planlaşdırılır", - KİV-də  qeyd olunub.